XƏBƏRLƏR
AMEA Folklor İnstitutunun direktoru Planet FM-də “Zaman Maşını” verilişinin qonağı olub
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Planet FM-in “Zaman Maşını” verilişinin qonağı olub. Proqramda müasir folklor tədqiqatlarının aktual istiqamətləri, xüsusilə də rəqəmsal mühitdə formalaşan yeni folklor nümunələri ətrafında geniş müzakirələr aparılıb.
Verilişdə aşağıdakı mövzu və suallar diqqət mərkəzində olub:
- Folklor nədir və necə formalaşır?
- İnternet folklorunun yaranma zərurəti.
- Ənənəvi Azərbaycan folkloru ilə virtual folklorun oxşar və fərqli cəhətləri.
- İnternet folklorunun yaradıcıları kimlərdir?
- Dədə Qorqud, Koroğlu, Molla Nəsrəddin və digər klassik obrazların virtual mühitdə təzahürü.
- Rəqəmsal gerçəkliyin folklor yaddaşı üçün yaratdığı üstünlüklər və təhlükələr.
- Azərbaycandilli virtual folklorda Albert Enşteyn obrazının geniş yayılmasının səbəbləri.
Bu müzakirələr göstərdi ki, rəqəmsal dövrdə Azərbaycan folkloru həm ənənəvi yaddaşın daşıyıcısı, həm də yeni mədəni trendlərin formalaşdığı dinamik bir platforma olaraq inkişaf edir. Verilişdə səsləndirilən fikir və yanaşmalar folklorun müasir kommunikasiya mühitində qazandığı çoxşaxəli funksiyaları bir daha önə çıxardı.

