“Göyçay folklor örnəkləri” kitabı çapdan çıxıb

“Göyçay folklor örnəkləri” kitabı çapdan çıxıb

13 Mart 2023, 11:17 / Nəşrlər

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Göyçay folklor örnəkləri” (I kitab) işıq üzü görüb. Topluya Göyçay bölgəsindən toplamış folklor nümunələri – mifoloji mətnlər, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, inanclar, etnoqrafik bilgilər, Novruzaqədərki mərasimlər və s. daxil edilib. Kitabda aydınlatmalar, sözlük, söyləyici və toplayıcılar haqqında məlumat da yer alıb. Qeyd edək ki, topluda təqdim edilən nümunələrin mənbəyini oxuculara çatdırmaq məqsədilə ayrıca kodlaşmadan istifadə olunub.


“Elm və təhsil” nəşriyyatında çapdan çıxan 296 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyev, materialları toplayıb tərtib edənlər isə filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimova və elmi işçi Vüsal Abiyevdir.

Sözügedən kitabın folklor araşdırıcılarının və geniş oxucu kütləsinin marağına səbəb olacağına inanırıq.