AMEA FOLKLOR İNSTİTUTU Firidun bəy Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə “FİRİDUN BƏY KÖÇƏRLİ VƏ QARABAĞ ƏDƏBİ-MƏDƏNİ MÜHİTİ” mövzusunda Respublika Elmi Konfransı  (Bakı şəhəri, 12 iyun 2023-cü il)

AMEA FOLKLOR İNSTİTUTU Firidun bəy Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə “FİRİDUN BƏY KÖÇƏRLİ VƏ QARABAĞ ƏDƏBİ-MƏDƏNİ MÜHİTİ” mövzusunda Respublika Elmi Konfransı (Bakı şəhəri, 12 iyun 2023-cü il)

30 Mart 2023, 11:15 / Konfranslar, İclaslar

Bu il görkəmli Azərbaycan ədəbiyyatşünas alimi, tanınmış maarifçi, ictimai xadim, yazıçı-publisist Firidun bəy Əhməd bəy oğlu Köçərlinin anadan olmasının 160 illiyi tamam olur. Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı qiymətli əsərlər yazmış, çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrimizin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir.
Böyük maarifpərvər alimin həyatı və fəaliyyəti Qarabağla sıx bağlı olmuşdur. O, 26 yanvar 1863-cü il tarixində Şuşa şəhərində anadan olmuş, 1872-1876-cı illərdə Mirzə Kərim Münşinin Şuşa mədrəsəsində, 1876-1877-ci illərdə Şuşa rus məktəbində təhsil almışdır. Sonrakı illərdə Firidun bəy Köçərli elmi-pedaqoji fəaliyyətini Qori, İrəvan, Qazax, Bakı, Gəncə və s. şəhərlərdə davam etdirsə də, Qarabağın ədəbi-mədəni mühiti ilə əlaqəsini üzməmiş, bölgədəki mədəni hadisələri, sosial həyatı, cərəyan edən siyasi prosesləri daim diqqətdə saxlamışdır. Firidun bəy Köçərlinin Azərbaycan, o cümlədən Qarabağ folklorunun toplanması, nəşri və tədqiqində də özünəməxsus əməyi vardır.
Bunları nəzərə alaraq, AMEA Folklor İnstitutu Firidun bəy Köçərlinin 160 illik yubileyi münasibətilə “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfransı keçirməyi planlaşdırmışdır.

Sizi Firidun bəy Köçərlinin həyat və yaradıcılığının, eləcə də Qarabağ ədəbi-mədəni mühitinin araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr:

Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun baş direktoru

Elmi heyət (əlifba sırası ilə):
Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru
Ağaverdi Xəlil – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutunun şöbə müdiri
Əziz Ələkbərli – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri

Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

Katib:

Nigar İmaməliyeva – AMEA Folklor İnstitutunun böyük laborantı

MÜHÜM TARİXLƏR:
• Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 31 may 2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 05 iyun 2023-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.

• Konfrans 12 iyun 2023-cü il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.