XƏBƏRLƏR
“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransı keçiriləcək
17 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın məqsədi - Qərbi Azərbaycan bölgəsinə aid zəngin folklor irsinin sistemli şəkildə toplanması, araşdırılması və elmi dövriyyəyə gətirilməsi istiqamətində görülən işlərin təhlili və müzakirəsidir. Tədbir çərçivəsində həm arxiv materialları, həm də ekspedisiya şəraitində toplanmış nümunələr əsasında folklorun janr, məzmun və funksional xüsusiyyətləri dəyərləndiriləcəkdir.
Eyni zamanda, konfrans Qərbi Azərbaycan folklorunun müasir elmi-nəzəri yanaşmalar əsasında tədqiqini, regionun mədəni yaddaşında “Vətən” və “yurd itkisi” kimi konseptlərin transformasiyasını, milli kimlik və kollektiv yaddaşın formalaşmasında folklorun rolunu araşdırmaq üçün multidissiplinar elmi platforma yaratmağı hədəfləyir.
Konfransın mövzu dairəsi aşağıdakı istiqamətləri əhatə edir:
- Qərbi Azərbaycan həqiqətləri: xalq yaddaşı və tarixi sənədlərdə
- Qərbi Azərbaycanın folkloru və etnoqrafiyası
- Qərbi Azərbaycan folklorunda Vətən anlayışı və yurd itkisi motivləri
- Qərbi Azərbaycan folklorunda milli kimliyin ifadəsi
- Qərbi Azərbaycan folklorunun toplanması və nəşri məsələləri
- Müasir elmi-nəzəri yanaşmalar kontekstində Qərbi Azərbaycan folkloru
- Qərbi Azərbaycan aşıq sənəti
- Qərbi Azərbaycan şivələri
- Qərbi Azərbaycanın toponimikası
- Ədəbiyyatda Qərbi Azərbaycan mövzusu
- Azərbaycan folklorunda süjet və motivlərin variantlaşma xüsusiyyətləri (Qərbi Azərbaycan materialları əsasında)
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Həmsədrlər:
Akademik İsa Həbibbəyli – AMEA-nın prezidenti
Tar.e.d., prof. Cəfər Cəfərov – ADPU-nun rektoru
Fil.ü.f.d. Əziz Ələkbərli – Millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri
Təşkilat komitəsinin üzvləri:
Fil.e.d., prof. Mahirə Hüseynova – ADPU-nun prorektoru
Fil.e.d. Hikmət Quliyev – AMEA Folklor İnstitutunun direktoru
Fil.ü.f.d. Əziz Ələkbərli – Millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri
T.ü.f.d. Leyla Calalova – ADPU-nun Qərbi Azərbaycan tədqiqatları mərkəzinin müdiri
Fil.ü.f.d. Afaq Ramazanova – AMEA Folklor İnstitutunun direktor müavini
Elmi Heyət:
Fil.e.d., prof. Seyfəddin Rzasoy – AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.e.d., prof. Ramazan Qafarlı – AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.e.d., prof. Əfzələddin Əsgər – AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.e.d., prof. Füzuli Bayat – AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.e.d., dos. Leyla Məmmədova – AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.e.d., dos. Mətanət Abbasova – AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.e.d., dos. Ağaverdi Xəlilov – AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.e.d., prof. İbrahim Bayramov – ADPU-nun Elmi təşkilat şöbəsini müdiri
Fil.ü.f.d., dos. Könül Həsənova – ADPU-nun Filologiya fakültəsinin dekanı
Fil.e.d., prof. Könül Səmədova – ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri
Fil.e.d., prof. Mahmud Allahmanlı – ADPU-nun professoru
Fil.ü.f.d., dos. Tacir Qurbanov – AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
T.ü.f.d. Leyla Calalova – ADPU-nun Qərbi Azərbaycan tədqiqatları mərkəzinin müdiri
Katiblik:
Səadət İbrahimli – AMEA Folklor İnstitutunun elmi işçisi
Konfransda iştirak şərtləri:
Tədbirdə iştirak etmək istəyənlər 03 dekabr 2025-ci il tarixinə qədər konfransın elektron ünvanına (qerbiazerbaycan2@gmail.com) xülasə (250-300 sözdən ibarət olmaqla) göndərməlidirlər. Xülasədə elektron poçt, telefon nömrəsi, təşkilat qeyd olunmalıdır.
Xülasələrin qəbul edilib-edilməməsi haqqında müəlliflərə məlumat verilməsi tarixi: 05 dekabr 2025-ci il (elektron poçt ünvanı vasitəsi ilə).
Təşkilat Komitəsi tərəfindən qəbul edilmiş məruzələrin tam mətnləri 25 dekabr 2025-ci il tarixindən gec olmayaraq göstərilən e-mail ünvanına (qerbiazerbaycan2@gmail.com) göndərilməlidir.
Qəbul edilmiş məruzələrin mətnləri kitab halında nəşr olunacaq.
Məruzələrin yazılma qaydaları:
Məruzənin mətni Microsoft Word redaktorunda yığılmalıdır. Həcmi 15 səhifəyə qədər, formatı A4, Times New Roman, 12 pt, yuxarı və aşağı xətlər 20 mm, sol xətt 30 mm, sağ xətt 15 mm, sətirlərarası məsafə 1,5, abzas 1,25 olmalıdır. Müəllifin adı və soyadının altında elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisənin adı, ORCID ID və e-poçt ünvanı qeyd olunmalıdır. Mətndə qeydlər, formullar, cədvəllər, qrafiklər və səhifə nömrələri olmamalıdır. Mənbələr APA sisteminə uyğun şəkildə mətnin içində mötərizədə verilir: məsələn, (Talıbzadə, 2006: 28). Müəllifi göstərilməyən ensiklopediya, toplu və s.-lərə istinadda əsərin adı yazılmalıdır. “Ədəbiyyat” bölməsində ardıcıllıq əlifba sırası ilə düzənlənir (10 pt), nömrələnmir, aşağıdakı nümunəyə uyğun göstərilir.
Linke, U. (1995). Power matters: The politics of culture in German folklore scholarship. History and Anthropology, 9 (1), 1-26.
Johnson, L. R., Kraemer, A., & Niekerk, C. (2021). Introduction: German Fairy Tales and Folklore in a Global Context. German Quarterly, 94(2), 160–164.
Dussen, J.V.D. (2012). History as a Science: The Philosophy of R.G.Collingwood, London, Springer.
Köprülü, M.F. (1999). Edebiyat araştırması. Ankara: Türk Tarih Kurumu.
Xülasə Azərbaycan, rus və ingilis dillərində tərtib olunmalıdır (10 pt, məsafə 1). Açar sözlər 5-10 sözdən ibarət olmalıdır.
Konfransın dili – Azərbaycan dili
Əlaqə telefonu: (+99412) 498–16–21.
Koordinator: fil.ü.f.d. Əmirli Elnarə – AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi.
İnternet ünvanı: www.folklor.az