I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu

20 Avqust 2025, 18:28 / Elanlar

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu

Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin 150 illik yubileyinə həsr olunur

(20-21 Noyabr 2025-ci il, Azərbaycan, Bakı)

 

Simpoziumun məqsədi və əhəmiyyəti

AMEA Folklor İnstitutu, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Müzik ve Güzel Sanatlar Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 20-21 noyabr 2025-ci il tarixində Bakıda I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu keçiriləcəkdir.

Simpoziumun keçirilməsində əsas məqsəd türk dünyasının zəngin musiqi folklorunun, xüsusən balaban, zurna və saz kimi musiqi alətlərinin tarixi köklərini, mədəni kimlikdəki yerini, kollektiv mədəni yaddaşdakı izlərini elmi müstəvidə araşdırmaq, müasir yanaşmalar əsasında təqdim etməkdir.

Türk xalqlarının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrdən biri də milli olduğu dərəcədə dünyəvi dəyərləri ifadə edən qədim nəfəs alətimiz olan  balabandır. Balabanın adına “Kitabi - Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin, eləcə də orta əsrlərin qüdrətli musiqi xadimi Ədbülqadir Marağayinin risalələrində rast gəlinir. Hazırda balabanın kifayət qədər geniş repertuarı vardır. Tarixən  zurnaçı və aşıq dəstələrində möhkəm yer tutmuş balabanda qədim xalq musiqi nümunələri, muğamlar məharətlə ifa edilir. Balabanın həzin və yumşaq tembri,  ifaçılıq məziyyətləri Azərbaycan bəstəkarlarını da cəlb etmiş, müxtəlif janrlı əsərlərdə ondan solo və orkestr aləti kimi istifadə olunmuşdur.

Türk Dünyasında musiqi folkloru zəngin, çoxqatlı, dinamik bir irsdir, sənət, həm də kollektiv mədəni kimliyin ifadə vasitəsidir. Musiqi folkloru vasitəsilə ötürülən kodlar milli-mədəni yaddaşın formalaşmasında aparıcı rol oynayır. Aşıq yaradıcılığı, xalq musiqisi (mahnılar və rəqs melodiyaları), milli musiqi ənənələri və yerli məktəblər, musiqi alətləri, onların semantik yükü Simpoziumun əsas elmi obyektini təşkil edir.

Bununla yanaşı, Simpoziumun əsas hədəflərindən biri Azərbaycan zurna-balaban məktəbinin görkəmli  nümayəndəsi Əli Kərimov – Kalvalı Əli Dədə kimi tanınan ustad sənətkarın yaradıcılığı, təmsil etdiyi sənətə Türk dünyası kontekstində nəzər salınması, fərdi sənətkar taleyinin bütöv bir ənənənin kollektiv mədəni yaddaşdakı mövqeyi baxımından təhlilidir.

Simpoziumun keçirilməsində mühüm məqsədlərdən biri də türk xalqlarının maddi və qeyri-maddi irsinə, folklor nümunələrinə, musiqisinə, musiqi alətlərinə yönəlmiş özününküləşdirmə prosesinə – erməni saxtakarlıqlarına qarşı elmi arqumentlərlə cavab verməkdir.

Zurna, balaban, tar, kamança kimi alətlərin türk xalqlarından başqa xalqlarla müqayisədə ifadə imkanları baxımından özünəməxsus cəhətləri vardır. Ümumşərq mənəvi sərvət olan muğam ifaçılığında da bu alətlərlərdən istifadə olunur.  Azərbaycan muğamı anlayışı bənzərsiz məzmun və ifaçılıq xüsusiyyətlərinə görə tanınmaqdadır. Bu istiqamətdə mövzuların Simpozium çərçivəsində müzakirəsi olduqca aktualdır.  

Simpoziumun əsas mövzuları:

  • Türk Dünyasında ortaq musiqi kodları və mədəni yaddaş: musiqi mədəniyyətinin formalaşması və tarixi inkişaf mərhələləri
  • Türk nəfəs və simli alətlərinin tarixi təkamülü: ənənə və müasirlik
  • Aşıq sənəti və onun müasir problemləri
  • Azərbaycan ənənəvi musiqisində balaban, zurna, saz, tar, kamança və s. alətlərin yeri və rolu          
  • Yazılı və şifahi ədəbiyyatda balaban
  • Milli musiqi alətlərinin hazırlanması: problemlər və perspektivlər

Simpoziumun alt mövzuları:

  • Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədə: yaradıcılığı, qədim nəfəs alətinin yaşadılması, yeni, orijinal rəqs melodiyalarının yaradılması
  • Türk dünyasında zurna-balaban sənətinin tədqiqi

Bu simpoziumda sizi də aramızda görməkdən məmnun olarıq.

Əsas tarixlər:

Xülasələrin göndərilməsi üçün son tarix: 5 oktyabr 2025

Cavabların verilməsi: 10 oktyabr 2025

Tam mətnin göndərilmə tarixi: 25 oktyabr 2025

Simpozium proqramının elanı:  14 noyabr 2025

Simpoziumun keçirilmə tarixi:  20-21 noyabr 2025

Tərəfdaş qurumlar:

  • AMEA Folklor İnstitutu
  • AMEA Memarlıq və İncəsənət İnstitutu
  • Azərbaycan Milli Konservatoriyası
  • Ankara Müzik ve Güzel Sanatlar Universiteti
  • Erzincan Binali Yıldırım Universiteti
  • Kars Kafkas Universiteti Dövlət Konservatoriyası
  • Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti
  • Azərbaycan Aşıqlar Birliyi
  • Azərbaycan Beynəlxalq Muğam Mərkəzi

 

Sədarət:

Akademik İsa HƏBİBBƏYLİ (Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti)

AMEA-nın müxbir üzvü Ərtegin SALAMZADƏ (Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət Universitetinin direktoru)

Professor Kamilə DADAŞZADƏ (Azərbaycan Milli Konservatoriyasının rektoru)

Fil.e.d., dos., Hikmət QULİYEV (Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru)

Professor Məhərrəm QASIMLI (Azərbaycan Aşıqlar Birliyinin sədri)

Prof.Dr. Uğur TÜRKMEN (ÜAK Sanat Dalları Eğitim Konseyi Başkanı/ Çanakkale Onsekiz Mart Universiteti)

Prof. Dr. Erhan ÖZDEN (Ankara Müzik ve Güzel Sanatlar Universitetinin rektoru)

Dr. Zarar TEMİRBEKOVA (Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak  Universitetinin rektoru)

Prof. Dr. Akın LEVENT (Erzincan Binali Yıldırım Universitetinin rektoru)

Prof. Dr. Yavuz Selim KAFKASYALI (Kars Kafkas Universiteti Dövlət Konservatoriyasının müdiri)

Əməkdar artist Sahib PAŞAZADƏ (Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin direktoru)

 

Simpoziumun idarə heyəti:

Prof. Dr. Yavuz Selim Kafkasyalı (Kars Kafkas Universiteti Dövlət Konservatoriyası)

Fil.ü.f.d., dos. İlhamə Qəsəbova (AMEA Folklor İnstitutu)

Fil.ü.f.d., dos. Elçin Qaliboğlu (AMEA Folklor İnstitutu)

 

Simpoziumun elmi heyəti:

Abbasqulu Nəcəfzadə – Sən.e.d., prof., Azərbaycan Milli Konservatoriyası

Adem Balkaya – Prof. Dr., Kars Kafkas Dövlət Konservatoriyası (Türkiyə)    

Ali Kafkasyalı – Prof. Dr., Erzincan Dede Korkut Ozanlar Dərnəyinin sədri

Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini

Ağaverdi Xəlil – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri

Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi

Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

Əli Şamil – AMEA Folklor İnstitutunun şöbə müdiri

Əziz Ələkbərli – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri

Feyzan Göher Balçin – Prof. Dr., Niğde  Ömer Halisdemir Universiteti (Türkiyə)

Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

Gökan Ekim – Prof. Dr., Ankara Aşıklık Geleneği Uygulama ve Araştırma Merkezi Müdiri  (Türkiyə)

Halil Çetin – Doç.Dr., Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti (Qazaxıstan)

İlqar İmamverdiyev – Prof. Dr., Gaziantep Universiteti (Türkiyə)

İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri

İradə Köçərli – Fil.e.d., prof., Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

İşenbek Sultanaliev – Prof. Dr., Yusup Balasagun Kırgız Milli Universiteti Fen Edebiyat Fakültesi (Qırğızıstan)

Jabbar İşankul – Prof. Dr., Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai Dövlət Ədəbiyyat Muzeyi (Özbəkistan)

Qəzənfər Paşayev – Fil.e.d., prof., AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan)

Lalə Hüseynova – professor, Azərbaycan Milli Konservatoriyasının prorektoru

Leyla Məmmədova – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri

Mayramgül Dıykanbay – Prof. Dr., Atatürk Universiteti, Edebiyat Fakültesi, Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü (Qırğızıstan)

Mətanət Abbasova – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri

Mitat Durmuş – Prof. Dr., Kars Kafkas Dövlət Konservatoriyası (Türkiyə)

Nailə Rəhimbəyli –Professor, AMEA Memarlıq və İncəsənət İnstitutu

Oruc Əliyev – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri

Ramazan Qafarlı – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

Rauf Bəhmənli – Sən.ü.f.d., dos., Bakı Musiqi Akademiyası

Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

Sulayman Kayıpov – Prof. Dr., Kırğızıstan Milli Elmlər Akademiyası (Qırğızıstan)

Şakir İbrayev – Prof. Dr., Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti (Qazaxıstan)

Tahirə Kərimova – Sən.ü.f.d., dos., Art Center İncəsənət məktəbi (Türkiyə)

 

Simpoziumda iştirak şərtləri:

Qeyd: Məruzə edilməyən məqalələrə simpozium kitabında yer verilməyəcək.

 

İştirak və təqdimat forması

Onlayn iştirakçılar üçün zoom giriş məlumatları və parol simpozium proqramı ilə birlikdə dərc olunacaq.

 

Simpozium yazı qaydaları:

  • Simpoziuma təqdim olunacaq məqalənin başlığı Times New Roman 14 şriftlə, sözlərin yalnız ilk hərfləri böyük olmaqla, Bold, Center formatında yazılmalıdır;
  • Müəllifin məlumatları (adı, soyadı, elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisənin adı, ORCID ID və e-poçt ünvanı) Times New Roman 12 şrifti, Bold, Center formatında məruzə başlığının altında yazılır;
  • Hər bir məruzənin yazıldığı dildə xülasəsi ilə yanaşı ingilis dilində də xülasəsi olmalıdır. Xülasələr minimum 200, maksimum 300 söz olmaqla Times New Roman 10 şrift, sətir aralığı 1.15, justified formatında yazılır.
  • Xülasə mətnindən sonra 5 sözdən ibarət açar sözləri yer almalıdır. Açar sözlər eyni zamanda ingilis dilindəki xülasə mətnindən sonra da qeyd olunmalıdır.
  • Məruzələrin əsas mətn hissəsi Times New Roman 12 şrift, sətir aralığı - 1.15, paraqraf aralığı öncə və sonra 6 pt, hər başlıqdan sonra bir sətr boşluq buraxılacaq şəkildə yazılmalıdır.
  • Məruzənin əsas başlıqları Times New Roman 12 şrifti ilə sözlərin baş hərfləri böyük, Bold, sola yaslanmış, alt başlıqları isə Times New Roman 12 şrifti ilə yalnız başlığın ilk hərfi böyük, Bold, sola yaslanmış şəkildə yazılmalıdır.
  • Tədqiqat işində istinadlar APA stilinə uyğun olaraq qeyd olunur. Yəni istinad cümlənin sonunda mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi və səhifəsi göstərilir (məsələn, Qəsəbova, 2024: 25).
  • “Ədəbiyyat” bölməsində ardıcıllıq əlifba sırası ilə verilməli (10 pt), nömrələnməməli, aşağıdakı nümunəyə uyğun göstərilməlidir:

Qəsəbova, İ. (2024). Qopuz mənşəli saz alətləri. Bakı: Elm və təhsil, 569 s.

  • Göndəriləcək məruzələr .doc, .docx sonluqlu MS Office Word fayl formatında hazırlanacaq səhifə ölçüləri isə sol kənar – 2.5 cm, sağ kənar 1.5 cm, alt və üst – 2.0 cm şəklində olmalıdır.
  • Məqalələrinizi word/doc formatında balabansimpozium2025@gmail.com

ünvanına  göndərməlisiniz.

Simpoziumla bağlı bütün suallarınız üçün balabansimpozium2025@gmail.com ünvanına müraciət edə bilərsiniz

 

QEYD: Bu, simpozium üçün yeganə e-poçt ünvanımızdır.

  • Simpoziuma təqdim olunan məqalələr və mövzular haqqında məlumat yalnız bu balabansimpozium2025@gmail.com e-poçt ünvanı vasitəsilə həyata keçirilir.

 

Katiblik və əlaqə:

Lalə Şabanova (AMEA Folklor İnstitutu)

+994 51 548 62 46