XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı AMEA-nın təşəkkürnaməsi ilə təltif edilib
İyulun 17-də AMEA-nın Əsas binasında Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr edilmiş “Azərbaycan mətbuatının inkişaf və vəzifələri” mövzusunda konfrans keçirilib.
Tədbir AMEA Rəyasət Heyəti, AMEA Azad Həmkarlar İttifaqı, Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, YAP Yasamal rayon təşkilatı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşəbbüsü ilə baş tutub.
Tədbirdə Akademiyada çalışan bir qrup media işçisinə AMEA-nın təşəkkürnaməsi, həmçinin YAP Yasamal rayon təşkilatının, AMEA Azad Həmkarlar İttifaqının, Humanitar və İctimai Elmlər bölmələrinin Fəxri fərmanı və təşəkkürnamələri təqdim olunub.
AMEA Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanova Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının təşəkkürnaməsi ilə təltif edilib.

