Əməkdaşımız “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” ilə təltif olunub

Əməkdaşımız “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” ilə təltif olunub

22 May 2023, 10:42 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqınının (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açıb. O bildirib ki, AMEA-nın bir sıra elmi müəssisələrinin Həmkarlar Təşkilatlarının sədrləri səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” ilə təltif olunublar.


Təltif olunanlar arasında AMEA Folklor İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov da olub.

O, Həmkarlar Təşkilatı sistemində uzun illər səmərəli fəaliyyətinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” və vəsiqə ilə təltif olunub. “AHİK-30 il” döş nişanını T.Orucova AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov təqdim edib. H.Qurbanov əməkdaşımızı “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” alması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, “Yubiley döş nişanı” ilə Həmkarlar İttifaqı hərəkatında səmərəli xidmətlərinə görə həmkarlar ittifaqı işçiləri, həmkarlar ittifaqı hərəkatı fəalları, dövlət xadimləri, ictimai xadimlər və beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəalları və başqaları təltif olunurlar.