“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçiriləcək

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçiriləcək

17 Aprel 2025, 16:02 / Elanlar

26 may 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun təşkilatçılığı ilə 2025 – “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın məqsədi milli dövlətin mənəvi əsaslarının gücləndirilməsində folklor re­surs­larından isti­fa­də imkanlarının yenidən nəzərdən keçirilməsi, etnik mədəniyyət və milli dövlətçilik şüuru istiqamətində tədqi­qat­ların nəticələrinin dəyərləndirilməsi və perspektivlərlə bağlı elmi fikir mübadiləsinin aparılmasıdır. 

Konfransın mövzu dairəsi aşağıdakı istiqamətləri əhatə edir:

Milli ideologiyanın formalaşmasında folklor

Dövlət və xalq mərasimləri

İdarəetmə və folklor: ənənəvi dəyərlərdən dövlət hüququna

Milli kimlik və folklor

Folklorda dövlət və hökmdar

Milli müstəqillik dövründə folklorşünaslıq

Müasir folklorşünaslığın nəzəri-metodoloji problemləri

Konfransın formatı: əyani

İştirakçı üçün şərtlər:

Tədbirdə iştirak etmək istəyənlər 10 may 2025-ci il tarixinə qədər konfransın elektron ünvanına (konfransmillidovlet@gmail.com) xülasə (250-300 sözdən ibarət olmalıdır)  göndərməlidirlər.

Məruzələrin qəbul edilib və ya edilməməsi haqqında müəlliflərə məlumat verilməsi tarixi: 12 may 2025-ci il (elektron poçt ünvanı vasitəsi ilə).

Təşkilat Komitəsi tərəfindən qəbul edil­miş məruzələrin tam mətnləri 30 may 2025-ci il ta­rixindən gec olmayaraq göstə­rilən (konfransmillidovlet@gmail.com) e-mail ünvana göndəril­məlidir.

Qəbul edilmiş məruzələrin mətnləri elektron kitab halında Folklor İnstitutunun saytında yerləşdiriləcəkdir.

Məruzənin yazılma qaydaları:

Məruzənin mətni Microsoft Word redaktorunda yığılmalıdır. Həcmi 15 səhifəyə qədər, formatı A4, Times New Roman, 12 pt, yuxarı və aşağı xətlər 20 mm, sol xətt 30 mm, sağ xətt 15 mm, sətirlərarası məsafə 1,5, abzas 1,25 olmalıdır. Müəllifin adı və soyadının altında elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisənin adı, ORCID ID və e-poçt ünvanı qeyd olunmalıdır. Mətndə qeydlər, formullar, cədvəllər, qrafiklər və səhifə nömrələri olmamalıdır. Mənbələr mətnin içində mötərizədə verilir, məsələn (Talıbzadə, 2006: 28). Müəllifi göstərilməyən ensiklopediya, toplu və s.-lərə istinadda əsərin adı yazıl­malıdır. “Ədəbiyyat” bölməsində ardıcıllıq əlifba sırası ilə düzənlənir (10 pt), nömrələnmir, aşağıdakı nümunəyə uyğun göstərilir:

Bailey, N.W. (2012). Evolutionary models of extended phenotypes. Trends in Ecology & Evolution, 27(3), 561-569.

Dussen, J.V.D. (2012). History as a Science: The Philosophy of R.G. Collingwood, London, Springer.

Köprülü, M.F. (1999). Edebiyat araştırması. Ankara: Türk Tarih Kurumu.

Xülasə Azərbaycan, rus və ingilis dillərində tərtib olunmalıdır (10 pt, məsafə 1). Açar sözlər 5-10 sözdən ibarət olmalıdır.

Konfransın diliAzərbaycan dili.

Əlaqə telefonu: +994 (12) 498-16-21.

Koordinator: Qaybalıyeva Səkinə – fil.ü.f.d., dos. AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi.