XƏBƏRLƏR
171

Mikayıl Azaflıya həsr olunmuş beynəlxalq elmi simpoziumun videoyazısı yayımlanıb
03 Aprel 2025, 11:23 / Konfranslar, İclaslar
XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar keçirilmiş “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpoziumun videoyazısı yayımlanıb.
Qeyd edək ki, tədbir 17 mart 2025-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA Folklor İnstitutu, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənəsi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz rayon Xeyriyyə Cəmiyyəti və Dünya Qarapapaq Türkləri Vəqfinin birgə təşkilatçılığı ilə baş tutub.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.