“Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium öz işinə başlayıb

“Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium öz işinə başlayıb

17 Mart 2025, 13:11 / Konfranslar, İclaslar

Martın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ustad sənətkar Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium öz işinə başlayıb.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, hibrid formatda gerçəkləşdirilən simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Almaniya və digər ölkələrdən 50-dən çox alim və tədqiqatçı qatılıb.

Simpoziumu giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb. Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Qəzənfər Paşayev, Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı və Almaniyadan olan tədqiqatçı aşıq Ozan Şiar Ağdaşanın məruzələri dinlənilib.

Açılış mərasimində AMEA Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev də çıxış edib.

Beynəlxalq elmi simpozium öz işini 8 bölmə iclasında (6-sı əyani, 2-si onlayn) davam etdirəcək.

Tədbirin yekununda Aşıq Mikayıl Azaflı yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunacaq.