XƏBƏRLƏR
269

Folklor İnstitutunun dosenti beynəlxalq elmi seminarda iştirak edib
13 Mart 2025, 14:09 / Konfranslar, İclaslar
Martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində Elm və Texnologiya Sahəsində Avropa Əməkdaşlığı çərçivəsində Beynəlxalq işçi qrupunun Bakı görüşü keçirilib. Görüşdə AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahim da iştirak edib. Tədbirdə işçi qrupların əməkdaşlığı, süni intellekt və oyunlar, gil oyuncaqlar, rəqəmsal sərgi, Ludii verilənlər bazasının təkmilləşdirilməsi, stolüstü oyunlar üçün prototip veb tətbiqi kimi məsələlər müzakirə olunub, gələcək görüşlərin və layihələrin müzakirəsi planlaşdırılıb.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.