Əməkdaşımız Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə edib

Əməkdaşımız Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə edib

10 Mart 2025, 17:38 / Müsahibələr, çıxışlar

08-09 mart 2025-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Ağrı şəhərində “Beynəlxalq sosial elmlər və təhsil fəaliyyətləri” mövzusunda beynəlxalq simpozium keçirilib. Hibrid formatda təşkil olunan simpoziumun açılış toplantısında AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Mədəniyyət və təhsil sahəsində türk qadını” mövzusunda onlayn məruzə edib. Məruzədə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rolu olan  qadınlardan, onların elmin, təhsilin, ümumilikdə cəmiyyətin inkişafındakı fəaliyyətlərindən bəhs olunub.