Folklor İnstitutunun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konqresdə məruzə ediblər

Folklor İnstitutunun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konqresdə məruzə ediblər

10 Mart 2025, 17:27 / Mühüm hadisələr

07-08 mart 2025-ci il tarixlərində Türkiyənin Kayseri şəhərində I Beynəlxalq qadın araşdırmaları konqresi keçirilib. Konqresdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçiləri – fil.ü.f.d., dos. Məleykə Məmmədova “Folklorda qadın və ritual:  ictimai rollar və ənənəvi anlamlar” və fil.ü.f.d. Sevinc Qasımova “Novruz adət-ənənələrinin icrasında qadınların rolu” mövzularında onlayn məruzə ediblər.