XƏBƏRLƏR

Bölgələrdə Od çərşənbəsi adətləri
Od çərşənbəsi ilaxır çərşənbələrin ikincisidir. Buna xalq arasında “üsgü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Xalqımızın qədim ənənəsində od müqəddəs hesab olunub. Yaradılışın əsas atributlarından biri kimi od mifoloji təsəvvürdə geniş yer tutur. Odun müqəddəs sayılması onun ilkin yaradılışdakı yeri ilə əlaqəli olaraq meydana gəlmişdir. Novruzda tamamlanan böyük yaradılış bayramında odun xüsusi yeri vardır. İlaxır çərşənbədə və Novruz bayramı axşamı tonqal qalanması adəti mövcud olmuş və bu günə qədər gəlib çatmışdır.
Bu fikirlər AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilin AZƏRTAC-a təqdim etdiyi “Bölgələrdə Od çərşənbəsi adətləri” sərlövhəli məqalədə yer alıb. Məqaləni linkə keçid edərək oxuya bilərsiniz.