Folklor İnstitutunun əməkdaşı Mədəniyyət TV-nin “Səhər çağı” verilişinin qonağı olub

Folklor İnstitutunun əməkdaşı Mədəniyyət TV-nin “Səhər çağı” verilişinin qonağı olub

31 May 2023, 10:03 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Mədəniyyət TV-nin “Səhər çağı” verilişinin canlı yayımında qonaq olub. Əməkdaşımız Türk xalqlarının ortaq dəyərləri, folklor nümunələri, tarix boyu davam edən etnomədəni əlaqələri barədə danışıb. Tarixi hadisələrin ardıcıllığında itirilməyərək qorunub saxlanılan ortaq dəyərlərimizdən söz açan Aynur İbrahimova Türk xalqlarını birləşdirən bu dəyərlərin gücündən, tarixin ən çətin dönəmlərində belə sarsılmayaraq dərin özül ətrafında birləşən Türk etnosunun sivilizasiyasında güclü zəmin rolundan bəhs edib.