Folklor İnstitutunun professoru Birləşmiş Ərəb Əmirliklərində keçirilən festival çərçivəsində elmi seminarda məruzə edib

Folklor İnstitutunun professoru Birləşmiş Ərəb Əmirliklərində keçirilən festival çərçivəsində elmi seminarda məruzə edib

17 Fevral 2025, 18:00 / Konfranslar, İclaslar

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın himayəsi ilə Şeyx Zayed festivalının əsası 01 noyabr 2024-cü ildə qoyulub və 28 fevral 2025-ci il tarixinədək Əbu-Dabidə, Əl Vathba və Dubay bölgəsində davam edəcəkdir. Festival İslam dünyasının zəngin mədəniyyətini, incəsənət və ədəbi irsini dünyaya nümayiş etdirmək məqsədi ilə müxtəlif əyləncəli, mədəni və elmi tədbirləri əhatə edir. Bu il festival “Hayakum” (ərəb dilində “Xoş gəlmisiniz”) mövzusunda keçirilib və tədbirdə 27-dən çox ölkə iştirak edib. Onlardan bəziləri öz pavilyonlarını ilk dəfə təqdim ediblər. Ziyarətçilər bu pavilyonlar vasitəsilə müxtəlif ölkələrin mədəniyyətlərini və ənənələrini yaxından öyrənmək imkanı qazanıblar. Festival proqramı çərçivəsində xalq rəqsləri və folklor təqdimatları, seminarlar, atəşfəşanlıq, dron və lazer şouları, müxtəlif müğənnilərin konsertləri keçirilib.

20 yanvar 2025-ci ildən 06 fevral 2025-ci ilədək davam edən, müxtəlif tamaşa və tədbirləri özündə ehtiva edən Şərqi Asiya festivalı çərçivəsində keçirilən elmi seminarda AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı da iştirak edib. Alim elmi seminarda “İraq türkmanlarının (Kərkük-Mosul) folklorunun Azərbaycanda nəşri və tədqiqi məsələləri” mövzusunda məruzə edib.