Əməkdaşımız Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

Əməkdaşımız Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

17 Fevral 2025, 11:01 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Qalib Sayılov 08-09 fevral 2025-ci il tarixlərində Özbəkistan Respublikasının Nəvai vilayətində keçirilən “Əlişir Nəvai və Şərq rezonansı” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Əməkdaşımız konfransda “Roman stixiyasında “Ali Şir Novayi” obrazının didaktik interpretasiyası (Tanınmış özbək yazarı İsacan Sultanın “Ali Şir” romanı əsasında)” mövzusunda etdiyi məruzəyə görə Nəvai şəhər valisi tərəfindən mükafatlandırılıb.

Q.Sayılov, həmçinin fevralın 10-11-də Daşkənd Tətbiqi Elmlər Universitetində keçirilən “İki dahi, iki nur” adlı elmi-bədii tədbirdə də iştirak edib.