XƏBƏRLƏR
Əməkdaşımız Moskvda keçirilən elmi-praktik konfransda məruzə edib
Dekabrın 24-də Moskva Dövlət Linqvistika Universitetində (MDLU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib. MDLU və “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” təşkilatı tərəfindən təşkil olunan tədbir çərçivəsində iştirakçılar tematik sərgi ilə tanış olub, böyük şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub və çoxsaylı məruzələr dinlənilib.
Konfransda AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Vüsal Səfiyeva “Azərbaycan folklor kitabının təşkilində Məhəmməd Füzuli yaradıcılığının rolu” mövzusunda onlayn məruzə edib.