“Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres öz işinə başlayıb

“Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres öz işinə başlayıb

02 Dekabr 2024, 17:00 / Konfranslar, İclaslar

Dekabrın 2-də AMEA Rəyasət Heyətinin binasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres öz işinə başlayıb.

Konqres öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, III Beynəlxalq Türkoloji Konqres dekabrın 4-də başa çatacaq.

www.science.az