XƏBƏRLƏR
219

Folklor İnstitutunun dosenti “Türk yurdu” verilişində qədim türk dastanlarından danışıb
26 Noyabr 2024, 13:41 / Mühüm hadisələr
Noyabrın 23-də AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Mədəniyyət TV-də yayımlanan “Türk yurdu” verilişinin qonağı olub. “Qədim türk dastanları” mövzusunda danışan əməkdaşımız türk-oğuz epik ənənəsinin əsas daşıyıcısı olan dastanlarımızın zaman etibarilə yaranma və formalaşma tarixindən söz açıb, epik ənənədə türk düşüncəsinin özəlliklərindən bəhs edib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.