Folklor İnstitutunun professoru “Türk yurdu” verilişinin qonağı olub

Folklor İnstitutunun professoru “Türk yurdu” verilişinin qonağı olub

14 Noyabr 2024, 12:07 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy Mədəniyyət TV-də aparıcı İlqar Mehtinin təqdimatında yayımlanan “Türk yurdu” verilişinin qonağı olub. “Qədim türklərdə inanc və törə ənənəsi” mövzusunda olan verilişdə alim türk ulusunun əski inanclarından, onun törə ənənəsindən danışmaqla, türkün qədim inanc formalarına nəzər yetirib.

Verilişdə mifoloji düşüncəmiz və törələrimiz əsasında yaranmış mədəniyyət tariximizə də işıq salınıb.