Akademik Muxtar İmanov Naxçıvan Dövlət Universitetində keçirilən tədbirlərdə iştirak edib

Akademik Muxtar İmanov Naxçıvan Dövlət Universitetində keçirilən tədbirlərdə iştirak edib

25 İyun 2023, 19:09 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov 20 iyun 2023-cü il tarixində Naxçıvan Dövlət Universitetində bu ali təhsil ocağının təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan elmi” adlı konfransda və akademik Kamal Abdulla ilə AMEA-nın müxbir üzvü Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdimat mərasimində iştirak edib.


Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfransda akademik Muxtar İmanov Heydər Əliyevin elm siyasəti, Azərbaycan elminin nüfuzunun yüksəldilməsi istiqamətindəki fəaliyyəti, savadlı və işgüzar gənc nəslin yetişməsində rolu kimi məsələlərdən bəhs edib. Akademik bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elmin, təhsilin inkişafı həmişə ön planda olub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan bir çox elm sahələri kimi folklorşünaslığa da münasibət müsbət mənada dəyişib və indi bu münasibətin nəticəsi kimi AMEA-nın Folklor İnstitutu fəaliyyət göstərir.