Beynəlxalq konqresdə əməkdaşımızın məruzəsi dinlənilib

Beynəlxalq konqresdə əməkdaşımızın məruzəsi dinlənilib

30 Oktyabr 2024, 13:00 / Konfranslar, İclaslar

24-26 oktyabr 2024-cü il tarixlərində Antalya Belek Universiteti, Unesco-nun Türkiyə Milli Komissiyası və Belek Türkcə Öyrətim Mərkəzinin (TÖMƏR) təşkilatçılığı ilə Türkiyənin Antalya Belek Universitetinin ev sahibliyi ilə II Beynəlxalq İncəsənət və Sosial Elmlər Konqresi keçirilib. Hibrid formatda təşkil olunan beynəlxalq konqresdə Türk dünyasının müxtəlif dövlətlərindən olan 122 elm adamının məruzəsi dinlənilib.

Konqresin əsas müzakirə başlıqlarını dil, ədəbiyyat, fəlsəfə, qastronomiya, incəsənət, folklor, hüquq, memarlıq, media araşdırmaları, marketinq, psixologiya, siyasi və sosial elmlər, tibb, turizm, beynəlxalq münasibətlər, xaricdə türk dili tədrisi və s. kimi mövzular təşkil edib.

İkincisi təşkil olunan bu ilki konqresdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Məleykə Məmmədova “Azərbaycan və Anadolu xalq mədəniyyətində bədən tərbiyəsi ilə bağlı uşaq idman oyunları” mövzusunda məruzə ilə çıxış edib.