Folklor İnstitutunun professoru Mədəniyyət TV-nin “Türk yurdu”  verilişində qonaq olub

Folklor İnstitutunun professoru Mədəniyyət TV-nin “Türk yurdu” verilişində qonaq olub

03 Oktyabr 2024, 17:03 / Müsahibələr, çıxışlar

Sentyabrın 28-də AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat Mədəniyyət TV-də ilk dəfə yayımlanan “Türk yurdu” verilişində qonaq olub. Əməkdaşımız “Qədim türk xalqları və ulu soyumuz” mövzusunda danışıb. 

Qeyd edək ki, AzTV-nin “Kinoproqramlar” redaksiyasının ərsəyə gətirdiyi “Türk yurdu” layihəsi bir soydan, bir boydan gələn türk xalqlarının ortaq dilinə, etnogenezinə, tarixinə, folkloruna, mifologiyasına həsr olunur. Verilişin qayəsi və ideyası türk xalqlarını bir vəhdətdə görmək və ortaq mədəniyyətimizi təbliğ etməkdir.