XƏBƏRLƏR
“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək
Bakı şəhəri, 10 oktyabr 2024-cü il
Naxçıvan tarixən Azərbaycanın mühüm elm və təhsil mərkəzlərindən biri olmuşdur. Bu diyar Azərbaycana çoxlu sayda görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri bəxş etmişdir. Tarixi ənənələrə uyğun olaraq müasir günümüzdə də Naxçıvanda elm və təhsil özünün yüksək inkişaf mərhələsini yaşamaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tədbirlər planına əsasən AMEA Folklor İnstitutu “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirməyi planlaşdırır. Sizi qədim tarixə və zəngin mədəniyyətə malik Naxçıvan regionunun folkloru, etnoqrafiyası, adət-ənənələri, bu bölgədən olan şair və yazıçıların ədəbi irsinin araşdırılmasını əhatə edən məruzələrlə konfransda iştirak etməyə dəvət edirik.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr: Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun direktor müavini
Elmi heyət (əlifba sırası ilə):
Ağaverdi Xəlil – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutunun şöbə müdiri
Əziz Ələkbərli – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., dos. AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Katib:
Aysel Cəfərova – AMEA Folklor İnstitutunun elektronçusu
MÜHÜM TARİXLƏR:
– Konfransda iştirak etmək istəyənlər 250-300 sözdən ibarət məruzə özətlərini 30 sentyabr 2024-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
– Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 03 oktyabr 2024-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
– Konfrans 10 oktyabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcəkdir.