“Dönüş”lü illərim” kitabı çapdan çıxıb

“Dönüş”lü illərim” kitabı çapdan çıxıb

25 İyul 2024, 21:07 / Nəşrlər

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, “Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyevin “Dönüş”lü illərim” kitabı nəşr olunub.

Kitabda müəllifin köçkünlük illərinin ilk dövrlərində Saatlı rayonunun qəzeti olan “Dönüş”də çap olunmuş ədəbi-bədii və elmi-publisistik yazıları toplanıb. Həmçinin kitabın ikinci bölməsində müəllifin həmin dövrdə digər mətbu orqanlardakı məqalələrindən də bəzi nümunələr verilib. 

“Gənclik” nəşriyyatında işıq üzü görən 496 səhifəlik kitab “Dönüş” qəzetinin 70 illik yubileyinə müəllifin töhfəsidir.