Əməkdaşımız İctimai radioda yayımlanan “Can, Azərbaycan!”  verilişində qonaq olub

Əməkdaşımız İctimai radioda yayımlanan “Can, Azərbaycan!” verilişində qonaq olub

19 İyul 2024, 12:11 / Müsahibələr, çıxışlar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova İctimai radioda aparıcı Pərvanə Nadirqızının təqdimatında yayımlanan “Can, Azərbaycan!” verilişində qonaq olub.

Əməkdaşımız türk xalqlarının düşüncə tarixində ozan-aşıq-baxşı sənətinin mənşəyindən, ayrı-ayrı aşıq mühitlərindən, ustad-şəyird münasibətlərindən danışıb. O qeyd edib ki, ozan-aşıq, baxşı sənət ortaq türk mədəniyyətinin sərvətidir. Ozan, baxşı, aşıq, eləcə də dastançı xalqdan mənimsədiyini öz yaradıcılıq süzgəcindən keçirərək cilalayır və xalqın özünə qaytarır.