Əməkdaşımız beynəlxaq konqresdə məruzə edib

Əməkdaşımız beynəlxaq konqresdə məruzə edib

15 İyul 2024, 11:30 / Konfranslar, İclaslar

11-13 iyul 2024-cü il tarixlərində Kosovanın Priştina Ukshin Hoti Universitetində X Beynəlxaq Turkcess Təhsil və Sosial Elmlər Konqresi keçirilib. Bir neçə universitet və qurumun birgə təşkilatçılığı ilə hibrid formatda keçirilən konqresə dünyanın bir sıra ölkələrindən alim və araşdırmaçılar qatılıblar.

Sözügedən konqresdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova onlayn formada “Süni intellekt və folklor tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib.