XƏBƏRLƏR

AMEA Folklor İnstitutunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
21 iyun 2024-cü il tarixində AMEA Folklor İnstitutunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova açaraq bildirib ki, institutda rəhbər heyətin mülki müdafiə məşqi hər il bir dəfə olmaqla keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı institutun rəhbər heyəti və mülki müdafiə qüvvələrinin idarə edilməsidir.
Sonra söz Mülki müdafiə qərargahının rəisi Elşad Quliyevə verilib. O, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda danışıb. E.Quliyev fövqəladə hallar zamanı davranış qaydaları barədə də məlumat verib və toplantı iştirakçılarının suallarını cavablandırıb.
Tədbirin sonunda institutun direktoru v.i.e., fil.ü.f.d., dos. Afaq Ramazanova yekun nitqi ilə çıxış edərək vurğulayıb ki, institutun rəhbərliyi hər zaman fövqəladə hallar barədə tədbirlərə böyük önəm verir və keçirilməsini diqqətdə saxlayır. Bu sahədə müəyyən çatışmazlıqlar olarsa, birlikdə öhdəsindən gəlməyə çalışılır.