Folklor İnstitutunun əməkdaşı beynəlxalq konqresdə məruzə edib

Folklor İnstitutunun əməkdaşı beynəlxalq konqresdə məruzə edib

10 İyun 2024, 15:50 / Mühüm hadisələr

07-09 iyun 2024-cü il tarixlərində Moldovanın Komrat Dövlət Universitetində İstanbul Rumeli Universiteti, Beynəlxalq Elmi Araşdırma və Strateji İnkişaf Dərnəyi, Komrat Dövlət Universiteti, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı, Balkan Gəncliyi Strateji İşbirliyi Dərnəyi (BALGENÇ), Türk Dil Qurumu (TDK), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə I Beynəlxalq Dostluq Körpüsü Sosial Elmlər Konqresi keçirilib. Konqresdə dünyanın 19 ölkəsindən, o cümlədən Türkiyə, Azərbaycan, Ukrayna, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti, Sudan, Macarıstan, Rumıniya, Hindistan, Nigeriya, Əlcəzair, Pakistan, Bolqarıstan, ABŞ, Kanadadan olan alimlər iştirak ediblər. Hibrid formatda keçirilən konqresdə ümumilikdə 182 məruzə dinlənilib.

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova konqresdə “Azərbaycan və Anadoludan Qaqauziyaya türk xalq mədəniyyətində qırxbasma və albasmadan qorunma ritualları” mövzusunda məruzə ilə çıxış edib.