Folklor İnstitutunun əməkdaşı İctimai radioda yayımlanan “Can, Azərbaycan!” verilişində qonaq olub

Folklor İnstitutunun əməkdaşı İctimai radioda yayımlanan “Can, Azərbaycan!” verilişində qonaq olub

31 May 2024, 11:59 / Müsahibələr, çıxışlar

Mayın 23-də AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə İctimai radioda aparıcı Pərvanə Nadirqızının təqdimatında yayımlanan “Can, Azərbaycan!” verilişində qonaq olub.

Verilişdə “Azərbaycan mərasim folkloru” mövzusunda söhbət aparılıb, bu istiqamətdə müxtəlif aspektlər nəzərdən keçirilib. Mərasimlərin mifoloji strukturunun, tarixi köklərinin, ritual əsaslarının inanc və funksiya kontekstində tədqiqindən və təbliğindən söz açılıb.