Türkiyəli alimlər Folklor İnstitutunun qonağı olublar

Türkiyəli alimlər Folklor İnstitutunun qonağı olublar

27 May 2024, 18:00 / Qonaqlar

Mayın 27-də türkiyəli alimlər – Türkiyə Böyük Millət Məclisinin millət vəkili, professor Metin Ergun və Ankara Hacı Bayram Vəli Universitetinin professoru Pervin Ergun AMEA Folklor İnstitutunun qonağı olublar. Görüşdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanova, elmi katib, fil.ü.f.d., dos. Elçin Abbasov və bir qrup əməkdaş iştirak ediblər.

Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə müasir folklorşünaslıq elminin aktual problemləri barədə maraqlı söhbət aparılıb, türk xalqlarının ortaq ənənələri, etnoqrafik dəyərləri ilə bağlı məsələlər müzakirə edilib.

Sonda qonaqlara institutun nəşrləri hədiyyə olunub və xatirə şəkilləri çəkilib.