Folklor İnstitutunun əməkdaşları dosent elmi adına layiq görülüblər

Folklor İnstitutunun əməkdaşları dosent elmi adına layiq görülüblər

23 May 2024, 15:19 / Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 15.05.2024-cü il tarixli qərarı ilə AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilova və filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovaya elmi fəaliyyətlərinə görə filologiya elmləri elm sahəsinin 5719.01 – Folklorşünaslıq ixtisası üzrə dosent elmi adı verilib.