XƏBƏRLƏR

Folklor İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib
18-20 may 2024-cü il tarixlərində Türkiyənin Elm Dili Dərnəyinin təşkilatçılığı ilə II Beynəlxalq Elm və Yazı dili olaraq Türkcə Simpoziumu keçirilib. Onlayn formatda keçirilən simpoziumda dünyanın müxtəlif ölkələrindən olan elm adamları dil, ədəbiyyat, mədəniyyət və s. mövzularla bağlı məruzələrini təqdim ediblər.
Simpoziumda AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işcisi, fil.ü.f.d., dos. Məleykə Məmmədova “Türkcə dil bacarıqlarının inkişaf etdirilməsində önəmli rolu olan təkərləmələrin Azərbaycan və Anadolu folklorunda fərqli versiyaları” mövzusunda məruzə ilə çıxış edib. M.Məmmədova dil öyrənilməsində təkərləmələrin rolundan bəhs edərək, onların dilin əyləncəli və yaradıcı tərəflərini kəşf etmək üçün gözəl bir vasitə olduğunu vurğulayıb. Məruzədə təkərləmələrin Azərbaycan və Anadolu folklorundakı yerindən bəhs olunub, bu janrın sanama, düzgü və yanıltmac kimi növləri qarşılıqlı şəkildə müqayisə olunaraq müxtəlif variant və versiyaların mövcudluğu diqqətə çatdırılıb.