Əməkdaşımız Mədəniyyət TV-də yayımlanan “Səhərçağı” verilişinin  qonağı olub

Əməkdaşımız Mədəniyyət TV-də yayımlanan “Səhərçağı” verilişinin qonağı olub

22 May 2024, 09:42 / Konfranslar, İclaslar

Mayın 21-də AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Mədəniyyət TV-də yayımlanan “Səhərçağı” verilişinin qonağı olub. Əməkdaşımız 21 may  – Beynəlxalq Çay Günü ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, qonaqpərvərliyin, sosial əlaqələrin rəmzi olan Azərbaycan çay mədəniyyəti 2022-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Süfrələrimizin ayrılmaz hissəsi olan çay həm də elçilik, nişan, ziyafət, hüzür və digər mərasimlərdə əhəmiyyət daşıyır. Çay Azərbaycan xalqının ənənəvi məişətində təkcə gündəlik istifadə edilən içki deyil, eyni zamanda qonaqpərvərliyin əsas elementlərindən biridir. İ.Qəsəbova folklorumuzda çayla bağlı müxtəlif tapmacalar, atalar sözləri, sınamalar, deyimlər və s.-nin formalaşması barədə fikirlərini diqqətə çatdırıb. O, böyük mədəniyyət ifadə edən çayın kütləviləşməsinin və milli içkiyə çevrilməsinin tarixi mənbələrlə yanaşı, bədii ədəbiyyat nümunələri, o cümlədən  sufi şair Mir Həmzə Seyid Nigarinin “Çaynamə” məsnəvisində və Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” alleqorik əsərində də yer aldığını vurğulayıb.