Folklor İnstitutunda ixtisas fənlərindən doktorluq imtahanları keçirilib

Folklor İnstitutunda ixtisas fənlərindən doktorluq imtahanları keçirilib

21 May 2024, 17:00 / Konfranslar, İclaslar

21 may 2024-cü il tarixində AMEA Folklor İnstitutunda 5719.01 – “Folklorşünaslıq” və 5716.01 – “Azərbaycan ədəbiyyatı” fənlərindən fəlsəfə doktorluğu hazırlığı üzrə doktorluq imtahanları keçirilib. AMEA prezidentinin “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun müvafiq əmri ilə doktorluq imtahanlarının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. “Folklorşünaslıq” ixtisası üzrə 1 nəfər, “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1 nəfər imtahan verib.

Nəticələr imtahan bitdikdən sonra imtahan sədri, akademik Muxtar Kazımoğlu-İmanov tərəfindən elan edilib.