Əməkdaşlarımız Mədəniyyət TV-nin “İrs” proqramında ortaq türk inanclarından danışıblar

Əməkdaşlarımız Mədəniyyət TV-nin “İrs” proqramında ortaq türk inanclarından danışıblar

23 Aprel 2024, 23:04 / Müsahibələr, çıxışlar

AMEA Folklor İnstitutunun əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu və aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Mədəniyyət TV-nin “İrs” proqramının qonağı olublar.

“Ortaq türk inancları” mövzusunda olan verilişdə türk tanrıçılığı, totemizm, türk dastançılıq düşüncəsində, aşıq sənətində təbiət-insan münasibətləri ilə bağlı fikir bölüşmələri olub, bu gün türk xalqları arasında mənəvi əlaqələrin daha da möhkəmlənməsi üçün kökdən gələn ənənələrin inkişaf etdirilməsinin qaçılmazlığı, gərəkliyi vurğulanıb.