AMEA Folklor İnstitutu fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir

AMEA Folklor İnstitutu fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir

16 Aprel 2024, 23:54 / Elanlar

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 3 aprel 2024-cü il tarixli 12/12 nömrəli qərarına əsasən, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

AMEA Folklor İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertantura təhsili almaq istəyən şəxslər 16 aprel 2024-cü il tarixindən 15 may 2024-cü il tarixinədək (şənbə, bazar və bayram günləri istisna olmaqla) institutun Təhsil şöbəsinə müraciət edə bilərlər.

Ünvan: Bakı-1000, İçərişəhər, 8-ci Kiçik qala döngəsi 31.

Qeyd: Doktorantura və dissertanturaya sənəd qəbulu, həmçinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada aparılacaqdır. Tələb olunan sənədlər və plan yerləri haqqında məlumatları aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://science.gov.az/az/news/open/28640