“Bir əsrə sığmayan ömür” kitabı nəşr olunub

“Bir əsrə sığmayan ömür” kitabı nəşr olunub

09 Aprel 2024, 11:03 / Nəşrlər

AMEA Folklor İnstitutunun Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadlının “Bir əsrə sığmayan ömür” kitabı çapdan çıxıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitaba müəllifin müasir dövlətçiliyimizin qurulması, möhkəmləndirilməsi, gələcək perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı müxtəlif dövrlərdə “Azərbaycan”, “Xalq”, “Respublika”, “İki sahil”, “525-ci qəzet”, “Vətən səsi” kimi aparıcı mətbu orqanlarda və saytlarda işıq üzü görmüş məqalələri yeni redaktədə daxil edilib.

188 səhifədən ibarət kitab “İmza” nəşriyyatında çap olunub. Kitabın redaktoru siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadədir.