Əməkdaşımız İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişində yanıltmaclardan danışıb

Əməkdaşımız İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişində yanıltmaclardan danışıb

05 Aprel 2024, 03:04 / Mühüm hadisələr

Aprelin 5-də AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilov İctimai Televiziyanın (İTV) “Sabahın xeyir, Azərbaycan!” verilişində qonaq olub. Əməkdaşımız sosial-mədəni funksiyanı yerinə yetirən folklorun qədim janrlarından biri olan yanıltmaclar barədə danışıb. Bildirib ki, yanıltmaclar nitqi inkişaf etdirmək, dildə olan qüsurları aradan qaldırmaq, səlis danışmaq vərdişləri aşılamaq məqsədi daşıyır, uşaqların nitq qabiliyyətini və zehnini inkişaf etdirir, səslərin düzgün tələffüz edilməsinə kömək olur.