“Epos qəhrəmanlarında qeyri-səlislik” adlı kitab işıq üzü görüb

“Epos qəhrəmanlarında qeyri-səlislik” adlı kitab işıq üzü görüb

04 Aprel 2024, 11:22 / Nəşrlər

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun “Epos qəhrəmanlarında qeyri-səlislik” kitabı çapdan çıxıb.  

Kitabda “Dədə Qorqud” və “Koroğlu” eposları qeyri-səlis məntiq baxımından araşdırmaya cəlb olunub, həmçinin qeyri-səlis məntiq çoxluqları kontekstində epik şeir və epos, roman və epos səsləşmələrinə də müəyyən qədər diqqət yetirilib.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktoru akademik Kamal Abdulla, rəyçisi isə AMEA-nın müxbir üzvü Rafiq Əliyevdir.