Əməkdaşlarımız beynəlxalq konfransda məruzə ediblər

Əməkdaşlarımız beynəlxalq konfransda məruzə ediblər

27 Mart 2024, 23:17 / Mühüm hadisələr

22-23 mart 2024-cü il tarixlərində Ankara Musiqi və İncəsənət Universitetinin ev sahibliyi ilə I Elm, incəsənət və cəmiyyətdə aşıqlıq ənənəsi – Beynəlxalq Aşıq Veysəl Simpoziumu keçirilib. Üz-üzə və onlayn formatda keçirilən simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Koroğlunun aşığı Aşıq Cünun” və Mifologiya şöbəsinin aparıcı elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova “Aşıq Veysəl və Aşıq Ələsgər yaradıcılığında qadın obrazı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Azərbaycan muğamının açımı: poeziyada, fəlsəfədə, publisistikada, elmdə” və filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova “Veysəlin həyat hekayəsinin, mühitinin aşıq kimi yetişməsində rolu və psixologiyasına, iç dünyasına olan təsirinin sənətinə yansıması” mövzularında məruzə ediblər.