Folklor İnstitutunun əməkdaşı Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində 31 Mart soyqırımından danışıb

Folklor İnstitutunun əməkdaşı Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində 31 Mart soyqırımından danışıb

30 Mart 2024, 16:37 / Müsahibələr, çıxışlar

Martın 29-da AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub.

Aparıcı Dilşad Tahirqızının təqdimatında yayımlanan verilişdə 31 Mart soyqırımından, bu genosidin törənmə səbəblərindən, 31 martdan əvvvəl və sonra baş verən tarixi situasiyadan qeyri-ənənəvi tarix kontekstində danışılıb, folklor və tarix arasında olan əlaqələrdən söz açılıb.