XƏBƏRLƏR
747
![Akademik Muxtar İmanov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb](https://folklor.az/uploads/news/2024/28.03.2024/0.jpg)
Akademik Muxtar İmanov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb
28 Mart 2024, 14:00 / Mühüm hadisələr
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. Mükafatı akademikə martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.