Əməkdaşımız İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişinin qonağı olub

Əməkdaşımız İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişinin qonağı olub

23 Mart 2024, 14:31 / Mühüm hadisələr

Martın 22-də AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan!” verilişinin qonağı olub. “Bayramlaşma adətimiz: qonaqpərvərlik” mövzusunda çıxışı zamanı Nigar Həsənova ana kitabımız “Dədə Qorqud” dastanında qonaqpərvərlik xüsusiyyətlərini diqqətə çatdırıb. “Qonağı gəlməyən qara evlər yığılsa yeg!”, “Oğul atadan görməyincə süfrə çəkməz” kimi müdrik kəlamlarda böyük hikmət olduğunu bildirib. Nağıllarımızda, əfsanə və rəvayətlərdə, atalar sözlərində qorunaraq bu günümüzə ötürülən qonaqpərvərlik ənənəmiz haqqında danışıb. “Qonaq bərəkət gətirər”; “Qonaq süfrənin yaraşığıdır, uşaq evin”; “Qonağın ruzisi özündən qabaq gələr” və s. kimi nümunələrdə  milli xüsusiyyətlərimizin ifadə olunduğunu söyləyən əməkdaşımız bütün bölgələrimizdə olduğu kimi Qərbi Azərbaycan bölgəsinin insanları tərəfindən də milli dəyərlərimizdən olan qonaqpərvərlik ənənəmizin ehtiramla qorunub yaşadılmasını vurğulayıb.