XƏBƏRLƏR
Kərkük Kültür Dərnəyinin rəhbəri növbəti dəfə Folklor İnstitutunun qonağı olub
Martın 11-də Kərkük Kültür Dərnəyinin rəhbəri, İraq-Türkman Jurnalistlər Birliyinin sədri, tanınmış tədqiqatçı və yazar Şəmsəddin Kuzəçi növbəti dəfə AMEA Folklor İnstitutunun qonağı olub. Görüşdə hər iki ölkənin folklorşünas alimləri arasında birgə tədqiqatların aparılmasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıqdan söz açılıb, eləcə də 22-23 may 2024-cü il tarixlərində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitututu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan “İraq-Türkman folkloru və ədəbiyyatı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans barədə müzakirələr aparılıb.