Folklor İnstitutunun bir qrup qadın əməkdaşı təşəkkürnamə ilə  təltif olunub

Folklor İnstitutunun bir qrup qadın əməkdaşı təşəkkürnamə ilə təltif olunub

07 Mart 2024, 14:36 / Konfranslar, İclaslar

Martın 7-də AMEA Folklor İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. Akademik Azərbaycan qadınının cəmiyyətdəki rolundan danışıb, tarix boyu ölkəmizdə qadına böyük ehtiram bəsləndiyini, qadın – ana adının həmişə uca tutulduğunu bildirib. Qadınların ailənin, cəmiyyətin dayağı olduğunu vurğulayan akademik bütün xanımları təbrik edib, onlara möhkəm cansağlığı, könül xoşluğu və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Folklor İnstitutunun bir qrup qadın əməkdaşına institutun fəaliyyətində göstərdiyi xüsusi fəallığa görə təşəkkürnamə təqdim olunub və xatirə şəkilləri çəkilib.