Folklor İnstitutunun əməkdaşı Azərbaycan radiosunun “Gəl, səhərim” proqramında Od çərşənbəsi ilə bağlı danışıb

Folklor İnstitutunun əməkdaşı Azərbaycan radiosunun “Gəl, səhərim” proqramında Od çərşənbəsi ilə bağlı danışıb

05 Mart 2024, 10:49 / Müsahibələr, çıxışlar

05 mart 2024-cü il tarixində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Azərbaycan radiosunun “Gəl, səhərim” proqramında canlı yayımda Od çərşənbəsi ilə bağlı danışıb. Verilişdə qeyd olunub ki, odun üstündən atlanmaq – köhnə mifoloji ildəki acı-ağrının odda yanıb yox olmasına inamdır. Burada odun gücüylə təmizlənmiş insanın yeni ilə arınmış halda keçməsinə inam yaşayır. Habelə Azərbaycan Novruzunun mahiyyəti, Azərbaycanın ulusal dəyərlərində Novruzun ciddi izləri ilə bağlı soraqlar haqqında bilgi verilib, od motivinin aparıcı olduğu vurğulanıb.