XƏBƏRLƏR
“Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransı keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında müddəalar öz əksini tapmışdır.
Məhəmməd Füzulinin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur. Ulu Öndər Heydər Əliyev ənənələrinin davamçısı olan ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı da klassik ədəbi-mədəni irsə verilən yüksək qiymətin təzahürüdür.
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına, bütövlükdə dünya ədəbiyyatına töhfələr verən qüdrətli sənətkardır. Məhəmməd Füzuli anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Ədəbiyyat tariximizdə yaranan ikinci ən böyük ədəbi məktəb də məhz onun adı ilə bağlıdır.
Dünya ədəbiyyatının görkəmli simalarından olan Məhəmməd Füzuli irsinin öyrənilməsi daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Dahi şairin bədii-fəlsəfi baxışlar sistemi Şərq mədəniyyətinin, türk milli-mədəni irsinin ən parlaq nümunələri kimi həm də ümumbəşəri dəyərlər müstəvisində mühüm əhəmiyyətə malik sistem kimi müxtəlif yönlərdən araşdırılmışdır.
AMEA Folklor İnstitutunda görkəmli şairin yubileyi şərəfinə “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda elmi konfrans keçirmək planlaşdırılır. Sizi Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr:
Akad. Muxtar İmanov – AMEA Folklor İnstitutunun baş direktoru
Elmi heyət (əlifba sırası ilə):
Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru
Ağaverdi Xəlil – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutunun şöbə müdiri
Əziz Ələkbərli – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Katib:
Gülnar Osmanova – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
MÜHÜM TARİXLƏR:
- Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 20 mart 2024-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
- Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 25 mart 2024-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
- Konfrans 19 aprel 2024-cü il tarixində üz-üzə və onlayn formatda keçiriləcəkdir.
- Məruzələrin tam mətni 1 may 2024-cü il tarixinə qədər təqdim edilməlidir.
Konfransda məruzə etməyən şəxslərin məqalələri konfrans materialları kitabına salınmayacaqdır.