Əməkdaşımız Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində qonaq olub

Əməkdaşımız Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində qonaq olub

08 Fevral 2024, 20:39 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygül Qurbanova Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub. Aparıcı Dilşad Tahirqızının təqdimatında yayımlanan bir saatlıq verilişdə əməkdaşımız AMEA-nın gənc alim və mütəxəssislərinin elmi fəaliyyətindən, AMEA rəhbərliyinin gənc alimləri stimullaşdırmaq üçün gördüyü tədbirlərdən söz açıb. Aygül Qurbanova həmçinin qeyd edib ki, Folklor İnstitutunda çalışan gənc alimlər böyük maraq və həvəslə folklora aid araşdırmalar aparır, xalqın zəngin söz xəzinəsinin toplanıb nəşr olunmasında, gələcək nəsillərə ötürülməsində fəal iştirak edirlər.